Daş qayaya rast gəlib: “Liverpul” elə bir futbolçunu hədəf alıb ki…
“İnter”in futbolçusu Markus Tyuramla “Liverpul” ciddi maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
İtalyan klubunun 27 yaşlı forvardı azad agent kimi imzalansa da, komandanın əsas oyunçularından biri olmağı bacardı. İndi fransalı dünyanın ən yaxşı hücumçularından biri hesab olunur və deyəsən, “San Siro”dan ayrılmaq fikri yoxdur. Ona görə də, “Liverpul”un istəyinə çatacağı çətin görünür.
Kloppun baş məşqçi olduğu dönəmdə “Liverpul” Tyuramı almaqda maraqlı olsa da, transfer baş tutmayıb. İndi dünya ulduzu statusunda olan Markus bir çox top-klubların diqqətini çəkir.
Bu mövsüm Markus klub səviyyəsində 15 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
