İtaliya

Dəqiqdir: klubdan gedir, karyerasını isə…

Əfsanəvi italyan qapıçısı Canluici Buffon son iki mövsümü keçirdiyi “Parma”dan mütləq ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ola bilsin ki, 45 yaşlı futbolçu karyerasını başa vursun, amma yekun qərar hələ verilməyib. Bundan əvvəl Buffon Səudiyyə Ərəbistanı klublarından birindən imtina etmişdi.

Futbolçunun İtaliya Futbol Federasiyasına işləmək təklifi, eləcə də karyerasını İtaliya klublarından birində davam etdirmək imkanı var