“Milan” ÇL-in qalibi ilə yolları ayırdı
“Milan” 30 yaşlı belçikalı hücumçu Divok Oriqi ilə müqavilənin ləğv olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun saytında bildirilir.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi.
Oriqi bu mövsüm hələ meydanda görünməyib, lakin ötən mövsüm “Nottinqem Forest”də 22 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hücumçu əvvəllər “Lill”, “Volfsburq” və “Liverpul”da oynayıb. “Liverpul”la Çempionlar Liqasını və İngiltərə Premyer Liqasını qazanıb.
O, Belçika millisində 32 oyun keçirib, üç qol vurub, DÇ-2014-də və 2016-cı il Avro Çempionatında oynayıb.
Aut.az
