Özbəkistan DÇ-nin 1/4 finalında
İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatının 1/4 final mərhələsinin cütlükləri məlum olub.
Aut.az xəbər verir ki, bu gün İngiltərəni məğlub edən (2:1) Özbəkistan da ən güclü 8 komanda arasında yer alıb.
1/4 final cütlükləri:
İspaniya – Almaniya (24 noyabr, Bakı vaxtı ilə 12:30);
Braziliya – Argentina (24 noyabr, saat 16:00);
Fransa – Özbəkistan (25 noyabr, 12:30);
Mali – Mərakeş (25 noyabr, saat 16:00).
Turnirin 1/8 finalında Braziliya Ekvadordan (3:1), İspaniya Yaponiyadan (2:1), Almaniya ABŞ-dan güclü (3:2) olub.
Mali Meksikanı (5:0), Argentina isə Venesuelanı məğlub edib (5:0). Mərakeş penaltilər seriyasında İranı (1:1, penaltilərdə 4:1), Fransa Seneqalı (0:0, 5:3) mübarizədən kənarlaşıdırb.
Dünya çempionatının finalı dekabrın 2-də baş tutacaq.
Aut.az
