Dünya futboluDünya cempionatı

Trampa deyin, FİFA-dan nəticənin ləğvini tələb etsin – ABŞ-ı ələ saldı

Məşhur televiziya aparıcısı Pirs Morqan Dünya Kubokunun 1/8 final mərhələsində Belçikaya 1:4 hesabı ilə məğlubiyyətindən sonra ABŞ millisini ələ salıb.

Aut.az xəbər verir ki, Morqan sosial mediada yazıb:

“Trampa deyin, FİFA-dan nəticəni ləğv etməsini tələb etsin”.

Donald Tramp ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğv edilməsi üçün FİFA prezidenti Canni İnfantinoya zəng etdiyini təsdiqləyib.

FİFA oyunçunun cəzasını ləğv edib. Hücumçu Belçika ilə oyunda meydana çıxsa da, qol vura bilməyib.

Aut.az