Lukaku DÇ tarixinə unikal rekordla düşdü
Belçika millisinin hücumçusu Romelu Lukaku Dünya Kubokunda bütün zamanların unikal rekordunu qırıb.
Aut.az xəbər verir ki, o, bunu Dünya Kubokunun 1/8 final mərhələsində ABŞ-a qarşı (4:1) oyunda edib.
33 yaşlı hücumçu 67-ci dəqiqədə meydana daxil olub və 90+3-cü dəqiqədə qol vurub.
Beləliklə, Lukaku dörd oyunda əvəzetmədən meydana daxil olaraq qol vuran ilk oyunçu olub.
Hazırkı turnirdə Lukaku hər 3 qolu əvəzetmədən meydana çıxdıqdan sonra vurub. O, ilk belə qolu isə DÇ-2014-ün 1/8 final mərhələsində ABŞ-a qarşı (2:1) oyunda vurub.
Aut.az
