Dünya cempionatı

O rüsvayçılığa Bosniyadan da reaksiya gəldi: Bir telefon danışığı bir əsrlik irsi sildi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasını ləğv etmək qərarına Bosniya və Herseqovinadan da reaksiya gəlib.

Aut.az xəbər verir ki, Bosniya və Herseqovina futbolunu işıqlandıran “BiHFootball” hesabı “X” sosial şəbəkəsində yazıb:

“Tramp və İnfantino arasında bir telefon danışığı bir əsrlik futbol irsini sildi”.

FİFA-nın İntizam Komitəsi Baloqunun 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə oyunda (2-0) Tarik Muharemoviçə ayaq zərbəsi vurması səbəbindən meydandan qovulmasına görə bir oyunluq cəzasını ləğv edib. ABŞ prezidenti Donald Tramp bu qərara görə təşkilata təşəkkür edib.

Aut.az