Misirlə oyundan əvvəl İran rejimi əleyhinə nümayiş keçirildi
İran və Misir arasında 2026-cı il Dünya Kuboku matçından (1:1) əvvəl İran rejiminə qarşı etiraz aksiyası keçirilib. Oyun Sietldə baş tutub.
Aut.az xəbər verir ki, “Seattle Times” qəzetinin məlumatına görə, oyun başlamazdan əvvəl iranlılar və iranlı-amerikalılar ölkədə insan haqlarının pozulmasına etiraz etmək və vəliəhd şahzadə Rza Pəhləvinin geri qayıtmasını tələb etmək üçün stadionun yaxınlığında toplaşıblar.
Bu azarkeşlər ölkənin inqilabdan əvvəlki bayraqlarını – üzərində şir və günəş təsvirləri olan bayraqları qaldıraraq “İslam rejimi getməlidir” və “FIFA-ya utanc” şüarları səsləndiriblər.
Həmçinin nümayişçilər ilə İslam Respublikası və Fələstin bayraqları daşıyan azarkeşlər arasında da qarşıdurma baş verib.
Aut.az
