Azərbaycan futboluDünya futbolu

Ukrayna klubu Andradeni təqdim etdi

Ukraynanın “Polessye” klubu “Qarabağ”dan Leandro Andradeni transfer edib.

Aut.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kabo verdeli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Polessye” Andradeni 3.5 milyon avro qarşılığında transfer edib.

Leandro yeni klubunda 11 nömrəli formanı geyinəcək.