İngilis futbolçulardan yalnız biri onun əlini sıxmadı
Bir neçə təcavüzdə ittiham olunan Qana millisinin yarımmüdafiəçisi Tomas Parti Dünya Kubokunda debüt etdi.
Aut.az xəbər verir ki, Kanada ona viza verməkdən imtina etdiyi üçün o, Panama ilə açılış oyununu buraxmalı olmuşdu.
“Arsenal”ın keçmiş oyunçusu başqa bir ölkədə cinayət ittihamları ilə üzləşdiyini gizlətməyə çalışmışdı.
İngiltərə ilə matçın əsas intriqası belə keçmişə malik oyunçu ilə kimin əl sıxıb-sıxmayacağı idi. Futbol Assosiasiyası (FA) oyunçularının şəxsi işlərinə qarışmadı və heç nəyi qadağan etmədi: hər bir oyunçu Partini salamlayıb-salamlamayacağına özü qərar verməli idi.
Televiziya yayımında kameranın qanalıya yönəlməli olduğu halda, qəsdən fərqli bir kadra dəyişdirildiyi görünürdü. Əl sıxma məsələsinə gəldikdə, “Tottenhem”in müdafiəçisi Ced Spens Tomas Partiyə açıq şəkildə əl uzatmadı. Qalanları isə əl sıxdı. Matçda iştirak edən çoxsaylı İngiltərə azarkeşləri mövqelərini açıq şəkildə bildirdilər: onlar Tomasın topa hər toxunuşuna fit çalmaqla reaksiya veriblər.
Xatırladaq ki, ötən ilin iyul ayında Parti 2021-2022-ci illər arasında beş təcavüz və bir cinsi təcavüz ittihamı ilə ittiham olunub. 2026-cı ilin fevral ayında o, 2020-ci ildə bir qadına qarşı iki təcavüz ittihamı ilə də ittiham olunub. Futbolçu bütün ittihamlar üzrə özünü təqsirli bilməyib. Partinin 2027-ci ilin iyun ayında Sautvark Kral Məhkəməsində çıxış edəcəyi gözlənilir.
Aut.az
