Qalmaqallı prezident İtaliya futbolunun problemi haqda: 10 ildir deyirlər ki…
“Napoli”nin prezidenti Aurelio De Laurentis ardıcıl üçüncü Dünya Kubokunu buraxan İtaliya millisinin problemləri ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Aurelio De Laurentis yerli mətbuata bildirib:
“A Seriyasının 18 komandaya endiriləcəyini təxminən 10 ildir eşidirəm.
Dəfələrlə demişəm ki, hazırda çox oynayırıq. Komandanın məşq etmək üçün kifayət qədər vaxtı yoxdur.
Əgər çempionatı 16 komandaya endirsəydik, artıq oyunların sayını hazırkı 380-dən 240-a endirməyə başlayardıq. Bu, indikindən 140 oyun azdır.
Çempionatın sonunda ən yüksək səviyyədə yarışmağa layiq milli komandanı hazırlamaq üçün iki ayımız olacaqdı.
Əminəm ki, Malaqo (İtaliya Futbol Federasiyasının yeni rəhbəri Covanni Malaqo) düzgün yerdə özünü doğru insan kimi göstərəcək və A Seriyasını narahat edən müxtəlif problemləri həll edə biləcək, eləcə də İtaliya milli komandası üçün həll yolları tapa biləcək”.
Aut.az
