Dünya futbolu

Ronaldo Səudiyyədə qalır – Bu tarixə qədər

Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, “Əl-Nəsr”in hücumçusu müqaviləsinin 2026-cı ilə qədər uzadılacağını istisna etmir. Hazırkı müqavilə 2025-ci ilə qədərdir.

Səudiyyəli menecerlər Ronaldonu saxlamaq istəyirlər. Televiziya hüquqlarının yenilənməsi 2025-ci ilə planlaşdırılıb və Ronaldonun liqada olması vacib hesab edilir.

Hazırkı Səudiyyə Ərəbistanı çempionatında Kriştiano 28 oyun keçirib, 33 qol vurub, 10 məhsuldar ötürmə edib.

Aut.az