Dünya futbolu

Milimizin üzvü oynadı?

Ukrayna Premyer Liqasında 19-cu turun oyunları çərçivəsində “Çernomorets” – “Levıy Bereq” görüşü keçirilib.

Aut.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Çernomorets” 0:1 hesabı ilə məğlub olub. Meydana start heyətində çıxan Mustafayev 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda 15 xalı olan Odessa klubu turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.