“İnter” son 3 ildə ilk dəfə belə qol vurdu – VİDEO
“İnter”in müdafiəçisi Federiko Dimarko “Napoli” ilə oyunda (1:1) cərimə zərbəsindən qol vurub.
Aut.az xəbər verir ki, “İnter” 2022-ci ildən bəri A Seriyasında ilk dəfə cərimə zərbəsindən qol vurub.
“Neradzurrilər” sonuncu dəfə 2022-ci ilin noyabrında “Boloniya”ya qarşı cərimə zərbəsindən qol vurmuşdu. Həmin qolun müəllifi də Di Marko olub.
İtaliya çempionatının bu mövsümündə “İnter” 59 xalla (17 qələbə, 7 heç-heçə, 3 məğlubiyyət) turnir cədvəlinin lideri, “Napoli” isə 57 xalla (17 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət) bir pillə geridədir.
1 – Inter have scored a direct free kick goal in Serie A for the first time since 9th November 2022 against Bologna, also in that case netted by Federico #Dimarco. Specialty.#NapoliInter #SerieA pic.twitter.com/Sxvsag3MGd
— OptaPaolo (@OptaPaolo) March 1, 2025
