İtaliya

Onu da “qumarbazlar”ın reyestrinə saldılar

“Milan”ın müdafiəçisi Alessandro Florenzi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə məlumatı AGI xəbər agentliyi yayıb.

Turin prokurorluğu Alessandronu şübhəli şəxs qismində reyestrə daxil edib, araşdırma aparılır. Oyunçu diskvalifikasiya ilə üzləşə bilər.

Florenzinin  adı jurnalist Fabritsio Korona tərəfindən dərc edilən mərc oyunlarında iştirak edən oyunçuların siyahısında idi. “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali də oxşar ittihamlara görə artıq cəzalandırılıb. O, qarşıdan gələn Avropa çempionatı da daxil olmaqla 12 ay futbolu buraxacaq.

32 yaşlı italyan bu mövsüm Milan klubunun heyətində 13 matçda iştirak edib.

Aut.az