Gürcünün bu qolu İtaliyada ən yaxşı seçildi – VİDEO
Xviça Kvartsxeliyanın qolu A seriyasında mövsümün ən yaxşısı seçilib.
Aut.az xəbər verir ki, A Seriyasının 26-cı turunda “Napoli”nin cinah oyunçusunun “Atalanta”ya (2:0) vurduğu qola ən yaxşı sayılıb. Xviça 60-cı dəqiqədə topu cərimə meydançasından kənarda qəbul edərək, bir neçə rəqibi kənarlaşdırıb və qapının dirəyinin altını nişan alıb.
22 yaşlı gürcü ötən mövsüm “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub və 17 məhsuldar ötürmə verib.
Aut.az
