Dibala qərarını verdi: Qalır, yoxsa gedir?
“Roma”nın idman direktoru Frederik Massara yay transfer pəncərəsi bağlandıqdan sonra 2026-cı ilin yayında başa çatacaq oyunçuların müqavilələrinin uzadılması üzərində işləməyə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu futbolçular arasında argentinalı hücumçu Paulo Dibala da var. 31 yaşlı futbolçu komandada qalmaq istədiyini bildirib və rəhbərlik bu niyyəti alqışlayır.
Müqavilənin uzadılması ilə bağlı ilk görüşün yaxın həftələrdə keçirilməsi planlaşdırılır. Dibala 2028-ci ilin yayına kimi “Roma”da oynamağa hazırlaşır.
2024/25 mövsümündə Dibala bütün yarışlarda 36 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2023-cü ilin iyulundan Romalılar üçün oynayır. “Transfermarkt” oyunçunun transfer dəyərini 8 milyon avro qiymətləndirir.
Aut.az
