Türkiyəİtaliya

Yayda 25 milyona almışdılar, “Qalatasaray”a icarəyə verdilər

“Napoli” hücumçusu Noa Lanqı “Qalatasaray”a icarəyə verib.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə komandasının mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və İstanbul nəhəngi iki milyon avro ödəyəcək. Müqavilədə Lanq üçün satın alma bəndi var, lakin bu bənd könüllüdür.

Xatırladaq ki, niderlandlı futbolçu “Napoli”yə 2025-ci ilin yayında PSV-dən 25 milyon avroya keçib. Bu mövsüm o, bütün turnirlərdə 27 oyunda (961 dəqiqə) iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az