İngiltərə

Səbəbi bəlli oldu: “Yunayted”dən buna görə ayrılır

“Mançester Yunayted”lə Kazemiro arasındakı tərəfdaşlığa son qoymaq qərarı qarşılıqlı olub.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, rəhbərliyin yeni fəlsəfəsinə uyğun olaraq, klub Kazemiro kimi yüksək maaşlı yaşlı oyunçular istəmir. Yarımmüdafiəçinin özü də “Qırmızı şeytanlar”dakı müddətinin bitdiyinə qərar verib.

22 yanvarda “Mançester Yunayted” yarımmüdafiəçinin mövsümün sonunda komandadan ayrılacağını açıqladı.

Futbolçu 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu müddət ərzində 33 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 146 oyun keçirib, 21 qol vurub və 13 məhsuldar ötürmə edib. “Transfermarkt” portalındakı məlumata görə, Kazemironun bazar dəyəri 8 milyon avrodur.

Aut.az