Məşqçilərlə hakimlər görüşdü: Bu sözləri dedi və getdi
La Liqanın bir sıra qalmaqallı oyunlarından sonra İspaniya Futbol Federasiyası komandaların məşqçiləri ilə hakimlər arasında görüş keçirib.
Aut.az xəbər verir ki, tərəflərin son münaqişələri sakit şəkildə müzakirə edəcəyi və fikir mübadiləsi aparacağı planlaşdırılıb. . İclasda ən çox “Real”ın baş məşqçisi Karlo Ançelotti danışıb.
İtaliyalı hakimlərin məşqçilərə hörmət etmədiyi qənaətindədir.
“Görüş necə keçdi? Bəli, yaxşı. Xeyr, əslində xaos idi. Hakimlər bizi başa düşmür”.
KİV-in məlumatına görə, görüş zamanı Ançelotti hakimlərə deyib: “Hörmətdən danışırsınız? Bəs məşqçilərə kim hörmət edəcək? Niyə bizə hörmət etmirsiniz? Məşqçilərə hörmət yoxdur”, – Ançelotti deyib və iclası erkən tərk edib.
Aut.az
