İtaliya

95 illik nəticəni yenilədilər

“Atalanta” A Seriyasının 17-ci turunun oyununda evdə “Empoli”ni 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, berqamolular 2024-cü il ərzində vurduğu qolların sayını 126-ya çatdırıblar. “Opta”nın məlumatına görə, bu göstərici komanda üçün rekorddur.

“Atalanta”nın əvvəlki ən yaxşı nailiyyəti 1929-cu ildə 124 qol olub.