Azərbaycanlı Fiziyevin döyüşünün posteri təqdim edildi – FOTO
UFC mətbuat xidməti UFC 313 qarışıq döyüş sənəti turnirinin yenilənmiş posterini dərc edib.
Aut.az xəbər verir ki, turnirin əsas döyüşündə yarımağır çəkidə hazırkı titulun sahibi braziliyalı Aleks Pereyra 93 kq çəki dərəcəsində UFC reytinqində bir nömrəli iddiaçı rusiyalı Maqomed Ankalayevlə qarşılaşacaq .
Digər əsas döyüşdə isə yüngül çəkidə keçmiş müvəqqəti UFC çempionu amerikalı Castin Qetci ilə Azərbaycan təmsilçisi Rafael Fiziyev üz-üzə gələcək.
Turnir martın 9-da Las-Veqasda keçiriləcək.

Aut.az
