Qaydasız döyüş

Məhkəmə UFC çempionunun cəzasını açıqladı

Ağır çəkidə ikiqat keçmiş UFC çempionu Keyn Velaskes 2022-ci ildə qeyri-qanuni odlu silahla qətlə cəhd və hücuma cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.

Aut.az xəbər verir ki, həmin vaxt Velaskes uşaq baxçasında 4 yaşlı oğluna təcavüz etməkdə ittiham olunan Harri Qulartı təqib edib. O, daha sonra 40 kalibrli tapançadan Qulartı nişan alaraq bir neçə dəfə atəş açıb. Güllələr Qulartın özünə deyil, ögey atasının qoluna və sinəsinə dəyib.

Velaskes həmin gün həbs edilib. Yaralı şəxs isə əməliyyatdan sonra sağ qalıb.

Martın 23-də Santa Klara Kaunty məhkəməsi 42 yaşlı Velaskesi təqsirli bilib və onu 5 il müddətinə azadlıqdan məhrum edib. Rayon prokurorunun müavini isə keçmiş UFC çempionu üçün 30 illik həbs cəzası istəyib.

Aut.az