Qaydasız döyüş

Həbib keçmiş məşqçisini danladı: Peşəkar olmalısan – VİDEO

UFC əfsanəsi Həbib Nurməhəmməd keçmiş məşqçisi Xavyer Mendesi tənqid edib.

Aut.az xəbər verir ki, Mendes əvvəllər Həbibi özü məşq etdirib, indi isə komandası ilə əməkdaşlıq edərək Usman və Umar Nurməhəmmədov qardaşlarını, eləcə də İslam Maxaçovu döyüşlərə hazırlayır.

Bu yaxınlarda keçirdiyi məşqlərdən birində Həbib Mendesin yumruq yastıqlarını gətirməyi unutduğu üçün tənqid edib.

“Mən səni sevirəm, amma bu vacib deyil. Peşəkar olmalısan, bu, peşəkarlıq məsələsidir. Yastıqları gətirmək sənin işindir. Sən patronsan! Burada baş məşqçisən!” Həbib sosial şəbəkədə yayımladığı videoda bildirib.

Aut.az