“Roma”nın özbək futbolçusu İstanbul klubuna keçir
“Roma”nın və Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov Türkiyənin “İstanbul Başakşehir” klubuna keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
Onun sözlərinə görə, hücumçunun transferi son mərhələdədir. Türkiyə klubu futbolçuya 3 mövsümlük müqavilə təklif edib.
Potensial transfer qiyməti açıqlanmayıb, lakin “Transfermarkt” forvardı 5 milyon avro qiymətləndirir.
2024/2025 mövsümündə Şomurodov “Roma”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Aut.az
