Raşitsa “Beşiktaş”da
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Norviç”dən Milot Raşitsanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kosovolu vinger tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.
Raşitsa ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.
“Beşiktaş” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”ni məğlub edib – 3:1. Komandalar arasındakı cavab görüşü avqustun 17-də İstanbulda olacaq.
