Rüfət oynadı?
Almaniyanın Şimal-Şərq Regional Liqasında üçüncü turun görüşləri baş tutub.
Aut.az xəbər verir ki, milli komandamızın sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” “Moyzelvits”lə üz-üzə gəlib. Berlində keçirilmiş görüş 1:1 hesabı ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Rüfət sona qədər oynayıb. O, sarı vərəqə ilə cəzalandırılıb.
Hazırda dörd xala malik “Dinamo” 6-cı pillədədir.
“Dinamo” – “Moyzelvits” – 1:1
Qollar: Eder, 64 – Hansx, 42
