Tramp: İran DÇ-2026-da xoş qarşılanacaq, amma…
ABŞ prezidenti Donald Trump İran milli komandasının 2026-cı il dünya kubokunda iştirakı ilə bağlı ABŞ tərəfinin etirazı olmadığını bildirib.
Aut.az xəbər verir ki, lakin o, komandanın turnirə gəlməsini məqsədəuyğun hesab etmir. Trampın sözlərinə görə, bu mövqe əsasən iranlı futbolçuların təhlükəsizliyi ilə bağlıdır.
“İran futbol yığması dünya çempionatında xoş qarşılanacaq, amma mən həqiqətən onların gəlməsini uyğun hesab etmirəm. Bu, məhz onların təhlükəsizliyi üçündür”, – deyə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl İranın gənclər və idman naziri Ahmad Donyamali bildirmişdi ki, ölkə yığması ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da iştirak etməyəcək.
Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə bir qrupa düşüb. Bu qrupdakı bütün oyunların ABŞ ərazisində keçirilməsi planlaşdırılıb.
Aut.az
