Dünya futbolu

Pelenin oğlu “Qızl top”u ona “verdi”

Əfsanəvi Pelenin oğlu Coşua do Nasimento “Qızıl top”a əsas namizədinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, braziliyalı həmyerlisi Vinisius Junioru fərqləndirib.

“Vinisius fərqli səviyyəli oyunçu oldu. Oyununa çox şey əlavə etdi, yaxşılaşdırdı. Yadımdadır, bir neçə il əvvəl onun üçün qol vurmaq çətin idi, xüsusən də belə qollar (“Borussiya” ilə Çempionlar Liqası matçında olduğu kimi).

Vinisius çox yaxşı mövsümdən sonra “Qızıl top”a layiqdir. O, sadəcə, Amerika Kubokunu qazanmaq üçün darıxı”, – braziliyalı bildirib.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-inə təyin edilib.

Aut.az