Bojoviçin agentindən müəmmalı açıqlama: Çağırsalar, qaça-qaça gedəcək
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçin nümayəndəsi Srcan Yeremiç bildirib ki, serbiyalı mütəxəssis “Spartak”dan təklif alsa, məmnuniyyətlə qəbul edəcək.
Aut.az xəbər verir ki, o, bu barədə “RB Sport”a açıqlamasında deyib.
“Miodraq indi yalnız “Neftçi”yə köklənib. “Spartak”? Onu “Spartak”a çağırsalar, sevinərdi. O, qaça-qaça gəlrdi”, – Eremiç bildirib.
Daha əvvəl mətbuatda Gilyermo Abaskalın “Spartak”ın baş məşqçisi postundan qovula biləcəyi barədə məlumat yayılmışdı.
Aut.az
