Dünya futboluTürkiyə

“Kayserispor” rusun keçidini rəsmən açıqladı

Türkiyənin “Kayserispor” klubu rusiyalı hücumçu Fyodr  Çalovu transfer edib.

Hücumçu 2025/26 mövsümünün sonuna qədər Türkiyədə icarə əsasında oynayacaq.

Aut.az xəbər verir ki, “Kayserispor”un mətbuat xidməti Çalovun artıq tibbi müayinədən uğurla keçdiyini təsdiqləyib .

Çalov əvvəllər Yunanıstanın PAOK klubunda oynayıb. PAOK oyunçunu 2024-cü ilin yayında CSKA-dan 3 milyon avroya alıb.

27 yaşlı hücumçu bu mövsüm Saloniki komandasında 24 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az