Dünya futbolu

PSJ-nin gürcü üçün təklifi: 80 milyon, üstəlik…

“Napoli”nin və Gürcüstan millisinin 23 yaşlı vingeri Xviça Kvaratsxeliya PSJ-yə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa klubu gürcü futbolçu üçün Neapol klubuna 80 milyon avro təklif etməyə, həmçinin 25 yaşlı fransız hücumçu Randal Kolo Muanini göndərməyə hazırdır.

Muanini 2023-cü ilin yayında 90 milyon avroya “Ayntraxt”dan PSJ-yə keçib.

Əvvəllər bildirilirdi ki, “Napoli” Kvaratsxeliyanı 120-130 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 43 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az