İspaniya

Onunla vidalaşmağa 30 min azarkeşi gəldi – VİDEO

“Atletik” azarkeşləri diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, komandanın kapitanı İker Munyainlə vida mərasiminə 30 mindən çox azarkeş qatılıb. Mərasim Bilbaodakı “San Mames” stadionunda baş tutub.

31 yaşlı Munyain “Atletik”in yetirməsidir. 2009-cu ildən bu yana klubda 500-dən çox oyun keçirib, komanda ilə İspaniya kubokunu və Superkubokunu qazanıb.