Görün Kurtua nə işlə məşğul olacaq
“Real”ın qapıçısı Tibo Kurtua Formula 4-də komanda yaratmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. “Marussia” komandasının keçmiş pilotu, ispaniyalı Roberto Meri Kurtuanın məsləhətçisi olacaq.
Tibo Formula 1-in böyük pərəstişkarıdır və dəfələrlə Qran Pridə iştirak edib.
Belçikalının gələcək komandası futbolçunun baş hərfləri əsasında “TC Racing” adlanır. Meri Kurtuaya layihəni başlatmağa kömək edəcək. Tibo ispaniyalının köməyi ilə yeni komandada olacaq kadrların siyahısını tərtib edir. Onların arasında həm mühəndislər, həm də pilotlar var.
Meri Formula 1-də cəmi bir il (2015) çıxış edib və heç bir Qran Pridə bir xal da qazana bilməyib.
Aut.az
