Ukrayna çempionatının bombardiri İspaniya klubuna keçdi – RƏSMİ
Ötən mövsüm “Dnepr-1″in heyətində 24 qolla Ukrayna çempionatının ən yaxşı bombardiri olan Artyom Dovbik kareyrasını İspaniyada davam etdirəcək.
Aut.az xəbər verir ki, 26 hücümçu “Jirona” ilə 5 illik müqavilə bağlayıb.
Məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, “Jirona” ötən mövsümün yekunlarına əsasən, La Liqanın turnir cədvəlində 10-cu olub.
