Dünya futbolu

Çağırış: Onunla Cordan kimi davranın

MLS məşqçilərindən biri “İnter Mayami”nin hücumçusu Lionel Messini hakimlərdən müdafiə etməyə çağırıb.

Aut.az xəbər verir ki, məşqçi Leo ilə “Çikaqo Bullz”un basketbolçusu, 6 qat NBA çempionu Maykl Cordan kimi davranmağa çağırıb.

Hesab edilir ki, karyerası ərzində hakimlər və rəqib oyunçular əfsanəvi amerikalı basketbolçuya xoş münasibət göstəriblər.

Adı açıqlanmayan məşqçi “The Athletic”ə “Onunla Cordan kimi davranılmalıdır” deyib.

Aut.az