Dünya futbolu

O, zirvəyə çatanda, futbol oynamaq yox, əylənmək istəyirdi – Karlos kimi deyir?

Roberto Karlos Ronaldinyonun hansısa məqamda peşəkar səviyyədə futbol oynamaq istəyini itirdiyini bildirib.

Aut.az xəbər verir ki, “Real” sabiq ulduzu Ronaldinyonun potensialını tam açmadığını da deyib.

– Ronaldinyo nə qədər yüksək səviyyədə oynaya biləcəyini başa düşürdü?

– Düşünürəm ki, o, zirvəyə çatanda peşəkar olmaq yox, sadəcə əylənmək istəyirdi. Həmin xoşbəxt anlarda “Futbol oynamağa davam edəcəyəm və görüm nə qədər davam edəcəm, amma əylənəcəyəm” deyə düşünməyə başladı.

Və bu, onun öz potensialını tam həyata keçirməsi üçün kifayət deyildi. O, dünyanın ən yaxşı futbolçularından biri hesab olunur, amma belə deyirdi: “Yoruldum. Sadəcə futbol oynayıb əylənəcəyəm”.

– Çoxlu gecə məclisləri?

– Xeyr, məncə, məsələ bu deyil. Daha çox o, artıq hər şeyə nail olduğunu düşünürdü, insanlar onu bəyəndilər və onun sadəcə olaraq, yavaş-yavaş həyatdan daha çox həzz almağa ehtiyacı vardı.

Söhbət əylənməkdən getmir, o, insanları sevindirməkdən və dünyanın ən yaxşısı sayılmaq üçün mübarizə aparmaqdan yorulmuşdu.

Aut.az