Tramp da onu təriflədi: Əla oyunçudur
ABŞ prezidenti Donald Tramp İngiltərə millisinin mərkəz hücumçusu Harri Keyn haqda danışıb.
Aut.az xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində Meksika ilə oyunda penaltini dəqiq yerinə yetirən Keyn Trampdan “əla oyunçu” tərifini alıb.
Onun sözlərini “Sky Sports” yayıb .
“İngiltərə millisinin hücumçusu Harri Keyn ƏLA oyunçudur”, – Tramp deyib.
Keyn milli komandada 119 oyun keçirib, 85 qol vurub və 20 məhsuldar ötürmə edib. Klub səviyyəsində hücumçu 2025/26 mövsümündə 51 oyuna çıxıb, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, İngiltərə 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Meksikanı 3-2 hesabı ilə məğlub edib. 32 yaşlı Harri Keyn 60-cı dəqiqədə penaltidən fərqlənib.
Aut.az
