Dünya futbolu

Seneqal yığmasında daha bir qalmaqal: Bu dəfə liderlərin sözü çəp gəldi

Seneqal milli komandasında hücumçu Sadio Mane ilə müdafiəçi Kalidu Kulibali arasında münaqişə yaranıb.

Aut.az xəbər verir ki, bu barədə “Goals Side” məlumat yayıb.

Mənbənin məlumatına görə, müdafiəçi Malanq Sarrın 2026-cı il Dünya Kuboku heyətinə daxil edilməsi ilə bağlı milli komandanın iki lideri arasında gərginlik yaranıb. Məlumata görə, Mane müdafiəçinin heyətə daxil edilməsində israr edib, Kulibali isə qərara qarşı çıxıb.

Seneqal millisi 1/16 finalda Belçikaya 2:3 hesabı ilə məğlub olub.  Bundan sonra yarımmüdafiəçi Pape Qoye hazırkı məşqçilər heyətinin rəhbərliyi altında oynamayacağını açıqladı.

Aut.az