Dünya futbolu

Səhv etdiyini bildir: Fernandeş Ronaldo haqda

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda Portuqaliya yığmasının İrlandiyaya 0:2 hesabı ilə uduzduğu oyunda Kriştiano Ronaldonun qırmızı vərəqə alması ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, “Record” Fernandeşdən sitat gətirib.

“Qovulma başqa bir futbol hadisəsi idi. Bu, Kriştianonun ona baha başa gələn reaksiya verdiyi an idi. O, bunu etmək fikrində deyildi. Amma sonda belə oldu. Səhv etdiyini bilir. O, sabah bizə kömək etməyəcək, lakin bu faktdır ki, Ronaldo qovulana qədər biz artıq məğlub durumda idik”, – Ferndneş deyib.

Portuqaliya 5 oyundan sonra 10 xalla seçmə qrupda liderdir.

Aut.az