İranlı qadınlardan vacib qərar: İkisindən savayı…
İranın futbol üzrə qadın millisinin daha bir oyunçusu Avstraliyada qalmaq üçün verdiyi sığınacaq ərizəsini geri götürüb.
Aut.az xəbər verir ki, bundan sonra ötən həftə Avstraliyada sığınacaq üçün müraciət edən futbolçulardan yalnız ikisinin ölkədə qaldığı bildirilir.
İranlı qadın futbolçuların bu ayın əvvəlində Asiya Kubokunda oyundan əvvəl dövlət himnini oxumaqdan imtina etdikdən sonra ölkələrində təhdidlərlə üzləşdikləri bildirilir.
Ötən həftə altı futbolçu və komanda rəsmisi İrana qayıtdıqları təqdirdə təzyiq və cəza ilə üzləşəcəklərindən qorxaraq Avstraliyadan sığınacaq istəyiblər.
Ərizələrini geri götürən beş şəxsin Malayziyanın paytaxtı Kuala Lumpurda komanda heyətinə qoşulacağı gözlənilir. İranın qadın yığması Sidneydən yola düşəndən bəri Malayziyada qalır.
Avstraliya xarici işlər nazirinin müavini Mett Tistletveyt “Sky News”a açıqlamasında hökumətin İrana qayıtmağı seçənlərin qərarına hörmətlə yanaşdığını bildirib. O, əlavə edib ki, Avstraliyada qalmağı seçən iki şəxs lazımi dəstəyi almağa davam edəcək.
Aut.az
