Ərəblər 100 milyon avro ilə “Barsa”nın qapısına gəldilər
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu növbəti transfer pəncərəsində ” Barselona”nın hücumçusu Rafinyanı almağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Həmçinin bildirilir ki, “Əl-Hilal” Rafinyaya “Barselona”dakı maaşından üç dəfə çox məvacib təklif edir.
Mənbənin sözlərinə görə, “Barselona” futbolçu ilə ayrılmaq istəmir, lakin maliyyə vəziyyətini nəzərə alaraq, belə bir razılaşmanın klub üçün faydalı ola biləcəyini başa düşür.
Xatırladaq ki, Rafinya bu mövsüm bütün turnirlərdə 28 matçda iştirak edib, 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
