Ona niyə “sevgi adası” ləqəbini veriblər?
“Mançester Yunayted”in 18 yaşlı mərkəz yarımmüdafiəçisi Kobbi Mainu klubun ona niyə “Sevgi adası” ləqəbi verdiyini açıqlayıb.
Aut.az xəbər veririk, bu ləqəb 2019-cu ildə “Sevgi adası” realiti-şousunda iştirakı sayəsində populyarlıq qazanan futbolçunun böyük qardaşı Cordan ilə əlaqələndirilir.
“Qardaşım bu adadaolub, biz çox yaxınıq. “Yunayted”də formalara cavabdeh olan adam məni “Sevgi adası” adlandırırdı. O, bunu mənə 16 yaşımdan bəri deyir”, – Mainu İngiltərə komandasının mətbuat xidmətinə müsahibəsində deyib.
Mart ayında Mainu Braziliya və Belçika ilə yoldaşlıq oyunları üçün İngiltərə millisinə ilk dəvəti alıb.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə “Mançester Yunayted”də 20 matçda 2 qol vurub.
Aut.az
