Zidanla Fiqu oynadı, “Real” məğlub oldu
İspaniyanın paytaxtı Madriddə, “Santyaqo Bernabeu” stadionunda “Real” və “Porto”nun əfsanələri arasında xeyriyyə matçı keçirilib.
Aut.az xəbər verir ki, oyun Portuqaliya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu səkkizinci dəqiqədə 2005-2008-ci illərdə “Portu”da çıxış etmiş slovakiyalı Marek Çex vurub.
Oyunda ötən illərin “Real” ulduzları iştirak ediblər: İker Kasilyas, Zinəddin Zidan , Roberto Karlos, Luiş Fiqu, Raul, Klarens Zeedorf, Stiv Makmanaman, Fernando Morientes və başqaları.
“Portu”da qapıçı Vitor Baya, Joao Pinto, Derley və Bruno Alves və başqaları meydana çıxıb.
Matçdan əldə olunacaq vəsait amiotrofik sklerozla mübarizəyə və “Real”ın xeyriyyə fondunun digər layihələrinə yönəldiləcək.
Aut.az
