İspaniyaİtaliya

Flik onun oyununa heyrandır, “Barsa”ya gətirmək istəyir

“Barselona”nın baş məşqçisi Hans-Dieter Flik ” İnter” və İtaliya milli komandasının müdafiəçisi Alessandro Bastoninin oyununa heyrandır və onu Kataloniya klubuna transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə Jurnalist Florian Plettenberq sosial media hesabında yazıb. Məlumata görə, “Barselona” italyan oyunçunun nümayəndələri ilə danışıqlar aparır. Lakin oyunçunu transfer etmək üçün heyətdən birini satmaqla transfer büdcəsini artırmalıdır.

Bu mövsüm italyan futbolçu klubun heyətində bütün yarışlarda 35 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Aut.az