İspaniyaİngiltərə

“Atletiko” şoka düşdü: Bu qədər pul tələb edərlər?

“Atletiko” rəhbərliyi hazırda “Xetafe”də icarə əsasında çıxış edən Meyson Qrinvudun transferi üçün “Mançester Yunayted”in tələb etdiyi məbləğdən qəzəblənib.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə,  “Atletiko” 22 yaşlı ingilis futbolçunun transferi üçün “Mançester Yunayted”ə müraciət edib. “Qırmızılar”  58 milyon avro tələb ediblər. Qeyd edilir ki, “Atletiko” ingilislərin bu cür istəklərindən “şoka düşüb”.

İspaniyadakı ilk mövsümündə 22 yaşlı Qrinvud “Xetafe”nin heyətində bütün yarışlarda 27 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Transfermarkt portalı onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Aut.az