İngiltərə

Premyer Liqada yeni rekord: Son dəqiqələrdə vurulan qolların sayın baxın

Şənbə günü İngiltərə Premyer Liqasının 6-cı turunun bir hissəsi keçirilib.

Aut.az xəbər verir ki, baş tutan oyunlar nəticəsində liqada yeni rekord qeydə alınıb. 90-cı dəqiqədə və ya ondan sonra ümumilikdə 8 qol vurulub.

Son dəqiqələrdə “Brentford” “Mançester Yunayted”lə oyunda (3:1), “Kristal Pelas” “Liverpul”la maçda (2:1), “Bornmut” “Lids”lə (2:2), “Mançester Siti” “Bernli”yə qarşı iki dəfə (5:1), “Brayton” “Çelsi”yə qarşı iki dəfə (3:1) və “Tottenhem” “Vulverhempton”la (1:1) görüşdə qol sevinci yaşayıb.