Boks

Dünyanın ən güclü 10 ağır çəkili boksçusu

Amerikanın nüfuzlu “The Ring” jurnalı dünyanın ən yaxşı ağır çəkili boksçularının yenilənmiş reytinqini dərc edib.

Aut.az xəbər verir ki, əsas dəyişiklik ondan ibarətdir ki, reytinq tərtibçiləri keçmiş IBF, WBA, WBO və IBO ağır çəkidə çempionu, eləcə də 2012-ci ildə ağır çəkidə Olimpiya çempionu Entoni Coşuanı hərəkətsizliyə görə ilk 10-luqdan çıxarıblar. Coşua  daha əvvəl beşinci yerdə idi. Onu da qeyd edək ki, 31 yaşlı nigeriyalı boksçu Efe Acaqba (20-1-1, 14 KO) 10-cu pilləyə yüksəlib.

“Ring” jurnalının ən yaxşı 10 ağır çəkili boksçusu.

Çempion – Aleksandr Usik .

  1. Tayson Fyuri
  2. Cozef Parker
  3. Agit Kabayel
  4. Daniel Dyubua
  5. Filip Hrqoviç
  6. Fabio Vardli
  7. Canq Ciley
  8. Martin Bakole
  9. Moses İtauma
  10. Efe Acaqba

Maraqlıdır ki, Tayson Fyuri bir neçə ay əvvəl boksdan getdiyini elan etsə də, hələ də birinci pillədə qərarlaşıb.

Aut.az