Bütün zamanların ən yaxşı 6 boksçusu – Taysonun versiyası
Keçmiş mütləq dünya çempionu Mayk Tayson bütün zamanların ən yaxşı boksçularının adını açıqlayıb.
“Bütün zamanların ən yaxşı boksçuları? Siyahımda Roberto Duran, Sonni Liston, Salvador Sançes, Şuqar Robinson olacaq. Həmçinin tarixdə ilk qaradərili çempion olan Co Qansı da qeyd edərdim. Siyahımın başında Məhəmməd Əli olacaq”, – Tayson bildirib.
Bundan əvvəl əfsanəvi amerikalı boksçu Mayk Tayson özündən güclü olan yeganə ağır çəkili idmançının adını çəkmişdi. Tayson heç vaxt döyüşmədiyi Corc Formanı fərqləndirmişdi.
Aut.az
