Onun sevimli boksçusu kimdir?
Boks tarixinin ən yaxşı ağır çəkili idmançılarından biri Corc Forman sevimli boksçusunun adını açıqlayıb.
“Mən Tayson Fyurini sevirəm. O, boksçu kimi hərəkət edən, güclü zərbələr endirən və sarsılanda qalxmağı bacaran böyük bir oğlandır. O, mənim ən çox sevdiyim boksçudur”, – Forman deyib.
Qeyd edək ki, Tayson Fyuri peşəkar rinqdə 33 döyüş keçirib. O, bu döyüşlərin 23-də vaxtından əvvəl olmaqla 32 qələbə qazanıb, bir görüşdə heç-heçə edib. İndi o, Formanın 1973-1974-cü illərdə sahib olduğu WBC kəmərinin sahibidir.

Aut.az
